
İsmayıl ÜLKƏR
.
ş
:Nazım Murad oğlu
“Bİrcə ovuc torpaq gətİr gələndə...”
(Süleyman Rüstem)
.
Quzey Qıbrıs Türk Cümhuriyyətində
yerləşmiş olan və məni qonaq
çağıran bəy dostum
“Nazım Murad oğlu”na
.
?Nə bir ovuc
?Necə bir ovuc
!Kürə gətirəcəyəm sənə
Alnımı gətirəcəyəm
Alnımı
,Hilalımızın halal oğlunu
Qızıl ciyərimin üstündəki
.qarasını caynaqladığım ürəyimi gətirəcəyəm sənə
,Qada
Qadası
,Qara
,Qarasını açacağım bağımı
.bağrımı gətirəcəyəm sənə
Əl, açıq qalınca yönlər yaranır açılınca
Kişi yumruğumun altında
,sarsaram atlas kitablarını
Çarparam istəyimcə bir birinə coğrafiya cəhətlərini
Yarım yamalq deyil
,“bütöv”
,Qaf dağını çalıb Savalana Xəzərdə tozun alıb
...Urmu Gölündə duzlayıb gətirərəm sənə
,
*
/
Nə bayraq istəyərəm səndən
:Nə torpaq gətirərəm sənə
Əllərim cibimdə
Qonaqlığa çıxaram buradan
Əlim ürəyimin başında
...Qonaq gələrəm sənə